AMPK: yeni komissiya yaradılıb

AMPK: yeni komissiya yaradılıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Afiq Süleymanov komitənin fəxri vitse-prezidenti seçilib. Eyni zamanda, məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiqlənib, Həmçinin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb. Komitənin vitse-prezidenti İlham Zəkiyev nizam-intizam komissiyasının rəhbəri, baş katibi Kamal Məmmədov isə məşqçilər şurasının sədri təyin ediliblər. Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması AMPK-nin fəxri vitse-prezidenti A.Süleymanova tapşırılıb.