Noyabrın 5-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, ölkəmizdə səfərdə olan Şimali Kipr Respublika Olimpiya Komitəsinin prezidenti, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilənlə görüşüb. Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, Dünya Qlobal Taekvondo Federasiyasının vitse-prezidenti Pınar Akarpınar və Azərbaycan Budo Federasiyasının prezidenti Faiq Rəfiyev iştirak edib. Tərəflər idman sahəsində görülən işlərdən və gələcək planlardan danışıblar. Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilənə və Dünya Qlobal Taekvondo Federasiyasının vitse-prezidenti Pınar Akarpınara xatirə hədiyyələri təqdim edib.