“Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi

“Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi

Noyabrın 3-də Azərbaycan Mətbuat Şurasında (MŞ) "Olimpiya dünyası” qəzetinin 20 ilik yubileyinə həsr olunmuş narkotiklə mübarizədə media və idmanın rolu mövzusunda tədbir keçirildi.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, Olimpiya çempionu, DİN İdman Klubunun rəisi, polis polkovniki Zemfira Meftaxetdinova, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Nadir Məmmədov, dünya və Avropa çempionları, habelə idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdi.
Tədbirin əvvəlində 44 günlük Vətən Müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı fikirlərini bildirdi. Sonra bu ayın 27-sində 20 yaşını qeyd edəcək "Olimpiya dünyası” qəzeti barəsində danışdı.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev
çıxış etdi. Vitse-prezident və Mətbuat Şurasının sədri tərəfindən "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevə yubiley münasibətilə diplom təqdim olundu.
"Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev çıxışı edərək, qəzetimizin keçdiyi yoldan danışdı. Mövzu ilə bağlı çıxış edən Murad Fərzəliyev narkomaniyanın cəmiyyətdəki təsiri barəsində fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra söz Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyevə verildi. Nümayəndəliyin rəhbəri yeni yaranan təşkilat barədə danışaraq, gələcək planlar haqda məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Nadir Məmmədov narkomaniyanın son dövrlərin ən böyük problemlərindən birinə çevrildiyini qeyd etdi.
Olimpiya çempionu, DİN İdman Klubunun rəisi, polis polkovniki Zemfira Meftaxetdinova isə çıxışında yeniyetmələri zərərli vərdişlərdən qorumağın ən başlıca məqsədlərdən biri olduğunu vurğuladı.
Daha sonra tədbirdə çıxış edən, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, cüdo üzrə Əməkdar məşqçi, Azərbaycan Cüdo Federasiyasının nizam-intizam komitsəinin sədri Ruzbeh Vəliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, kikboksinq üzrə dünya çempionu Ehram Məcidov, "Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu, "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev, uşu-sanda üzrə dünya çempionu Emil Hacıyev, "Məhsul” UGİM-in direktoru Niyazi Məmmədov, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının məsul katibi Aysel Sultanova, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin katibi Gülnarə Məlikova və digər nümayəndələr çıxış edərək "Olimpiya dünyası” qəzetinin 20 illik yubileyini təbrik edərək, narkomaniya ilə mübarizədə idmanın və Olimpiya Hərəkatının rolundan danışdılar.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

“Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi “Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi “Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi “Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi “Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi “Olimpiya dünyası” qəzetinin 20 illiyi çərçivəsində tədbir keçirildi