“Böyük dəbilqə”:  Bu gün son 9 cüdoçumuz tatamiyə çıxacaq

“Böyük dəbilqə”:  Bu gün son 9 cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulacaq. Yarışların sonuncu günündə daha 9 cüdoçumuz tatami üzərinə çıxacaq. Bu gün 90 kq çəki dərəcəsində Rüfət İsmayılov böyük britaniyalı Jamal Petqrave ilə on altıdabir finalda, Vüqar Talıbov serbiyalı Nemanya Maydov (Serbiya), Məmmədəli Mehdiyev Tengiz Batsayxan (Monqolustan) -Con Jayne (ABŞ) cütünün qalibi ilə səkkizdəbir finalda qarşılaşacaqlar.
1/8 finalda 100 kiloqram çəki dərəcəsində Adil Kərimli kanadalı Yan Rayder, Kənan Abdullaxanlı gürcüstanlı Onise Seneblidze, Ruslan Nəsirli xorvatiyalı Zlatko Kumriç ilə üz-üzə gələcəklər.
+100 kq çəki dərəcəsində isə 1/8 finalda Hüseyn Məmmədov braziliyalı Tyaqo Palmini, dörddəbir finalda Uşangi Kokauri komandamızın üzvü Camal Feyziyev - Tatsuru Sayto (Yaponiya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan yarışların ilk iki günündə Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (81 kq) isə bürünc medal qazanıblar.