Zəfər görüşləri layihəsinə start verilib 

Zəfər görüşləri layihəsinə start verilib 

Gənclərin iştirakı ilə Qarabağda şanlı qələbəmizin birinci ildönümünə həsr edilmiş "Zəfər Görüşləri" layihəsinə Gəncə şəhərindən start verilib.
"İslahatçı Gənclər" İctimai Birliyi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə fəal gənclərlə görüş Gəncə Gənclər Evində baş tutub. 
Azərbaycandan və Türkiyədən olan ekspertlərin iştirakı ilə təşkil olunan müzakirələrdə 44 günlük Vətən Müharibəsində və ondan sonrakı mərhələdə gənclərin rolundan, qarşımızda duran vəzifələrdən söhbət açılıb.