Bəkir Yusifov: “Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün

Bəkir Yusifov: “Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün

Bəkir Yusifov: “Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.


44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.. Dünyanı öz qüdrəti ilə təəccübləndirən Azərbaycan tarixdə misli görünməmiş bir tarix yazdı. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Azərbaycan xalqının torpaq uğrunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmanlığından qaynaqlanırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı.

Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Artıq qələbəmizdən bir il ötür. Bu bir il ərzində işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq.

Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bəkir Yusifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifovdur.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

2003-cü ildə Rusiya Mülki Aviasiyasının “80 illik”, 2005-ci ildə Rusiya Müstəqil Həmkarlar İttifaqlarını “100 illik”, 2007-ci ildə Rusiya Mülki Aviasiyasının “85 illik”, 2012-ci ildə “90 illik” yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (25 oktyabr 2005-ci il 1063 S) “TƏRƏQQİ” medalına layiq görülüb.
2006-cı il 18 oktyabr tarixində Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar hərəkatındakı fəaliyyətinə görə”, 2012-ci il 10 apreldə isə ”20 illik”, 2017-ci ildə isə “25 illik” gümüş yubiley medalları ilə təltif olunub.
2006-cı il 24 oktyabrda Belorusiya Həmkarlar İttifaqları Federasiyasının “100 illik yubileyi medalı”-na, 2015-ci il 24 sentyabrda isə “110 illik yubileyi medalı”-na, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 19 nömrəli Əmri ilə “Şərəf Nişanı” na, 2013-cü ildə isə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (Azal) “75 illik” yubiley medalına layiq görülüb.
2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “20 illik” yubiley döş nişanı ilə, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni ilə təltif olunub.
2016-cı il noyabr ayının 11-də Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri seçilmişdir.
2016-cı ildə Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “20 illik” yubiley döş nişanı ilə 2018-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin “Mülki aviasiya sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
2019-cu ilin aprelində Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “Xidmətlərinə görə” döş nişanına və Beynəlxalq Əmək Təşkilatının yaranmasının 100 illiyi münasibətilə Fəxri diploma layiq görülüb.
Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
2021-ci il 30 aprel tarixində keçirilən Metal İşçiləri Həmkarlar İttifaqının Məclisində Federasiyanın prezidenti seçilib.

Bəkir Yusifov: “Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün Bəkir Yusifov: “Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün Bəkir Yusifov: “Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün