Azərbaycan karateçiləri İstanbulda 11-ci dünya şotokan çempionatında iştirak ediblər. 3 kateqoriyada keçirilən nüfuzlu yarışda 30 ölkədən 1076 idmançı iştirak edib. Komandamız çempionatı 29 medalla başa vurub. Qazanılan medallardan 13-ü qızıl, 6-sı gümüş, 10-u isə bürüncdür. İdmançılarımız çempionatda əldə etdikləri medalları 8 Noyabr - Zəfər Gününə həsr ediblər.
Qeyd edək ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycandakı rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.
Karateçilərimiz İstanbulda 29 medala sahib çıxdı