Qılıncoynatma üzrə milli komandamızın məşqçisi 53 yaşlı Cahangir Səfərov "European Cadet Circuit" turniri çərçivəsində Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.
Azərbaycan Qılıncoynatma Federasiyası məşqçimizin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Azərbaycan qılıncoynatma ailəsinə ağır itki üz verib