Eyup Zafer Gökbilen: “Çalışıram ki, budo İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilsin”
BOK
16.11.2021, 12:50
Bu günlərdə Şimali Kipr Respublika Olimpiya Komitəsinin prezidenti, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyüp Zafer Gökbilen paytaxtımızda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra görüşlər keçirən qonaq idman sahəsində görülən işlər və bu idman növünün gələcək inkişafı barədə planlar haqqında müzakirələr aparıb. Zəfər günü ərəfəsində paytaxtımızda olan Eyüp Zafer Gökbilen “Olimpiya dünyası” qəzetinə səfərinin məqsədi və Azərbaycanla qarşılıqlı idman əlaqələri barədə məlumat verib.
- Eyup bəy, Bakıya səfər etməyinizin səbəbi nə ilə əlaqədardır? - Pandemiyadan sonra uzun müddətdir ki, bir araya gələ bilmirdik. Bir sıra məslələr var idi ki, onlar barədə müzakirələr aparmalı idik. Bunlardan biri bu il noyabrın 27-dən dekabrın 3-dək Tunisdə budo döyüş növləri üzrə dünya çempionatının keçirilməsi məsələsi idi. Digər məsələ isə gələn il bu idman növü üzrə dünya çempionatının Bakıya salınması ilə bağlı idi ki, bu barədə də müzakirələr apardıq. Əgər pandemiya problemi olmazsa, yarışların keçirilməsi mümkün olarsa gələn il Bakı budo döyüş növləri üzrə dünya çempionatına ev sahibliyi edəcək. Hələ ki, Bakıdakı yarışın tarixi dəqiq məlum deyil. Çox güman ki, bu yarış sentyabr, oktyabr aylarına təsadüf edəcək.
- Budonun İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olması nə dərəcədə real görünür? - Mərkəzi ofisi Bakıda olan Dünya Budo Döyüş Növləri Federasiyasının 80 üzvü var. Bunlardan təxminən 30-a yaxını müsəlman ölkəsidir. Çalışıram ki, budo İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilsin. Bunun üçün bütün gücümlə səy göstərəcəyəm. İnşaallah Türkiyədən sonra təşkil olunacaq növbəti İslamiadanın proqramında bu idman növünü görə biləcəyik.

- Ötən il paytaxtımız I Budo Festivalına ev sahibliyi etdi. Amma sizin rəhbərlik etdiyiniz federasiya bu tədbirdə iştirak etmirdi. Bunun səbəbi nə ilə bağlı idi? - Məndə olan məlumata görə bu Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi tədbir idi. Bu barədə bizə məlumat verilməmişdi. Bu səbəbdən biz bu tədbirdə iştirak etmirdik. Amma gələn il həmçinin Bakıda Yaponiya səfirliyi və Dünya Budo Döyüş Növləri Federasiyası ilə birgə yenidən belə bir festival təşkil edəcəyik.
- Paytaxtımıza Zəfər Günü ərəfəsində təşrif buyurdunuz. Bu tarixi qələbə barəsində təəssüratlarınızı bilmək istərdik. - Zəfər Günü ərəfəsində Azərbaycanda olmaqdan məmnunluq duyuram. Bu Azərbaycanın tarixi bir qələbəsidir. Hər birimiz bu zəfərə görə çox sevindik. Bu qələbənin əldə olunmasında iştirak edən bütün şəhidlərin və qazilərin xatirəsini ayaq üstə sayğı ilə anıram. Həmin qəhrəmanları yetişdirən valideynlərə halal olsun ki, belə mərd övladlar böyüdüblər. Onların əziz xatirəsi hər birimizin ürəyindədir. Zəfərimiz mübarək olsun. Bu təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının, haqq-ədalətin zəfəridir.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK