Komandamız dünya çempionatını 10 medalla başa vurdu

Komandamız dünya çempionatını 10 medalla başa vurdu

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ciu-citsu üzrə “Abu-Dhabı World Jıu Jıtsu Championship” yarışı keçirilib. Yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Yarışa geniş heyətlə təmsil olunan komandamız çempionatı uğurla başa vurub. Belə ki, komandamızın üzvü Fərid Məmmədov bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. Ayaz Süleymanov, Həsən Babayev, Azər Cəfərzadə, Rüfət Ağayev, Zaur Aşumov, Firudin Nəsirov gümüş, Fərhad İbrahimov, Nicat Səfiyev və Zaman Qəhrəmanov isə bürünc medala sahib olublar.