Məşqçi və yetirməsi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təltif olundu

Məşqçi və yetirməsi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təltif olundu

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən növbəti təltifetmə mərasimi təşkil olunub. Sərbəst güləş üzrə məşqçi-müəllim kimi yüksək nəticəli idmançılar yetişdirən Faiq Xəlilov və onun yetirməsi Cavid Cavadov idman ustası fəxri adı aldığı üçün həmçinin, 8 noyabr - Zəfər Günü münasibətilə media sahəsində göstərdiyi dəstəyə və tədbirləri dəqiq və operativ işıqlandırdığı üçün Kəpəz TV-nin bir sıra əməkdaşları Baş İdarəyə dəvət olunaraq  təltif olunublar.
Təltifetmə mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, məşqçi-müəllim Faiq Xəliıovu və onun yetirməsi Cavid Cavadovu idman ustası fəxri adı alması münasibətilə təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzulayıb. O, Gəncə şəhərində bütün idmançılarının Baş İdarə tərəfindən daima diqqət mərkəzində saxlanıldığını, hər zaman idmançılara dəstək olmağa çalışdıqlarını bildirib. Həmçinin Baş İdarə rəisi Həmid Nəsirov Kəpəz TV-nin əməkdaşlarınıda media sahəsində göstərdikləri dəstəyə və Baş İdarə tərəfindən keçirilən tədbirləri işıqlandırdıqları üçün öz təşəkkürünü bildirib.