Boksçular dünya birinciliyində iştirak edirlər

Boksçular dünya birinciliyində iştirak edirlər


Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyi keçirilir.
Yarışın ilk günündə milli komandamızın iki üzvü rinqə çıxıb. Yarışda 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Vanuatu idmançısı Masinq Varavararı məğlub edib. Digər boksçumuz Elvin Məhərrəmov isə (75 kq) ilk mərhələdə yarışla vidalaşmalı olub.
Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək dünya birinciliyində 52 ölkədən 351 boksçu mübarizə aparır.