Qış Universiadası ləğv edildi

Qış Universiadası ləğv edildi

Dekabrın 11-dən 21-dək İsveçrənin Lütsern şəhərində keçirilməsi planlaşdırılan Qış Universiadası ləğv edilib. Buna koronavirusun yeni ştamı “Omikron”un ortaya çıxması səbəb olub.

Qeyd edək ki, növbəti Qış Universiadası 2023-cü ildə ABŞ-ın Leyk-Pleside şəhərində təşkil olunacaq. Həmin il, həmçinin Yekaterinburqda Yay Universiadası keçiriləcək.