Stolüstü tennisçimiz beynəlxalq turnirdə mübarizəyə başlayır

Stolüstü tennisçimiz beynəlxalq turnirdə mübarizəyə başlayır

Bu gün Sankt-Peterburqda N.Q Nikitinin xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə XXI beynəlxalq uşaq turniri start götürəcək. Yarışda Azərbaycan komandası da iştirak edəcək. Komandamızı beynəlxalq turnirdə yığma komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında Onur Quluzadə təmsil edəcək.
Turnirə dekabrın 5-də yekun vurulacaq.