Triatlonçumuz reytinq cədvəlində 35-ci pillədə yer alıb

Triatlonçumuz reytinq cədvəlində 35-ci pillədə yer alıb

Avropa Triatlon Şurasının yeni reytinq çədvəli açıqlanıb. Kişi idmançıların yeni reytinq siyahısında millimizin üzvü Rostislav Pevtsov 35-ci pillədə qərarlaşıb. Triatlonçumuzun aktivində 1501,08 xal var. Reytinq cədvəlinə Fransa təmsilçisi Leo Bergen rəhbərlik edir. Belçikalı Marten Van Ril və Norveç təmsilçisi Kristian Blyummenfeld ilk üçlüyü tamamlayıblar.