Azərbaycan kuboku uğrunda mübarizə başlayıb
Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku yarışı start götürüb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışa Azərbaycanın şəhər və rayonlarından 54 komandanın tərkibində 343 idmançı qatılıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq yarış azarkeşsiz keçirilir.
Turnir dekabrın 9-dək davam edəcək.