Badminton Federasiyasına yeni prezident seçildi

Badminton Federasiyasına yeni prezident seçildi

Dekabrın 8-də Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. İclasda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. Sonra Azərbaycan Badminton Federasiyasının idarə heyətinə seçki keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov səsvermə nəticəsində federasiyanın yeni prezidenti seçilib. Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə üzvləri seçiliblər.
İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının sabiq prezidenti Mikayıl Cabbarov çıxış edərək federasiyanın yeni rəhbərliyini təbrik edərək uğurlar arzulayıblar.