Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə Azərbaycan kuboku davam edir. Yarışın ikinci günündə 4 çəki dərəcəsində qaliblər müəyənləşib. Belə ki, qadınlar 52 kq, 70 kq, kişilər isə 66 kq və 90 kq çəki dərəcələrində güclərini sınayıblar. Qadınlar arasında Səbinə Əliyeva (52 kq, “Təhsil” İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) və Günel Həsənli (“Zirvə” İdman Klubu, Abşeron) qalib adına layiq görülüblər. Kişilərin yarışında isə Kəramət Hüseynov (66 kq, “Qəbələ” İdman Klubu, Bakı), Rüfət İsmayılov (90 kq, “Cüdo Klubu 2012”) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Azərbaycan kubokuna bu gün yekun vurulacaq.