İlin qalibləri Bakı Olimpiya Stadionunda müəyyənləşdi

İlin qalibləri Bakı Olimpiya Stadionunda müəyyənləşdi

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsinin mükafatçıları müəyyənləşib. Qaliblərin adları Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə açıqlanıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “İlin idman xadimi” seçilib. “Qarabağ” klubunun hücumçusu Abdullah Zubir “İlin əcnəbi futbolçusu”, “Neftçi”nin heyətində çıxış edən Emin Mahmudov “İlin futbolçusu” nominasiyalarında fərqləniblər. Titullu karateçimiz İrina Zaretska “İlin idmançısı” olub.
“Qarabağ” klubu “İlin komandası”, Qurban Qurbanov isə “İlin baş məşqçisi” seçilib. “İlin idman yarışı” nominasiyasında Avro-2020-nin Bakıda keçirilmiş dörd oyunu respondentlərin daha çoxunun səsini toplayıb.