Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb

Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) pedaqogika üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb. İdman sahəsində tədqiqat aparan professorun yeni kitabı “İdman Akademiyası Olimpiya Oyunlarında (1952-2020)” adlanır. Respublikada bütün elmi sahələr üzrə ilk və yeganə olan biblioqrafiyada bədən tərbiyəsi və idmana dövlət qayğısı, Helsinki Olimpiya oyunlarından bu günədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının çıxışları ilə bağlı sənədli materiallar öz əksini tapıb. Müxtəlif bölmələrdə ayrı-ayrı dövrlərdə Olimpiya Oyunları hərəkatı işıqlandırılmış, müxtəlif illərə aid foto materiallar yer alıb. Biblioqrafiya məktəblilər, idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbə gənclər üçün faydalı olacaq. Monoqrafiyada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının idmanda göstərdikləri nəaliyyətlərinin tarixini öyrənib, təbliğ etmək üçün geniş əhatəyə malik olan ilk nəşrdir.
Kitab Milli Olimpiya Komitəsinin, Azəprbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, orta və ali məktəb müəllimlərinin, şagird və tələbələri, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının «07» sentyabr 2021-ci il tarixli iclasında (protokol №1) müzakirə edilərək, bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.

Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb