Azərbaycan Atletika Federasiyasında (AAF) 2021-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. AAF-dan verilən məlumata görə, tədbir federasiyanın prezidenti Çingiz Hüseynzadənin açılış sözləri ilə başlayıb. Daha sonra cari ildə əldə olunan nailiyyətlər haqqında məlumatlar verilib və müxtəlif mükafatlar təqdim edilib.
İlin ən yaxşı kişi idmançısı Aleksis Kopello seçilib. İlin ən yaxşı qadın idmançısı mükafatı isə Lamiyə Vəliyevaya verilib.
İlin ən yaxşı məşqçisi və hakimi nominasiyaları üzrə isə müvafiq olaraq, Tofiq Əliyev və Emil Şaxtaxtinski qalib olub.
Atletika Federasiyasında ilin yekunları ilə bağlı tədbir keçirilib