Rumıniyanın Buzau şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp U-13 IV” 2021 təlim-məşq toplanışı və turniri keçirilib. Yığma komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında perspektivli idmançı Adil Əhmədzadə turnirdə iştirak edib. Təmsilçimiz yarışda uğurla çıxış edərək 12 seçilmiş idmançı arasında 6-cı yerə layiq görülüb.
Qeyd edək ki, idmançımız bu layihənin əvvəlki mərhələlərində də uğurlu iştirak edib.
Stolüstü tennisçimiz beynəlxalq turnirdə mübarizə aparıb
![Stolüstü tennisçimiz beynəlxalq turnirdə mübarizə aparıb](https://olimpnews.az/uploads/img/posts/2021/12/21/1639815181611063158_1000x669jpg-1640073541.jpg)