Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək

Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək

Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda təşkil olunan növbədənkənar iclasında qəbul olunub.
II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minsdə təşkil olunacaq.
Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.
Qeyd edək ki, I MDB Oyunları bu il sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçirilib. 9 ölkədən 14-23 yaşlı 1139 idmançının mübarizə apardığı yarışda Azərbaycan 13 idman növündə 126 idmançı ilə təmsil olunub. İdmançılarımız MDB Oyunlarında 60 (15-i qızıl, 16-sı gümüş, 29-u bürünc) medal qazanaraq 9 ölkə arasında medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.