Gənclər və idman sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Gənclər və idman sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Kuba Respublikasının Bakıdakı səfiri Alfredo Nieves Portuondo ilə görüşüb. Görüşdə Fərid Qayıbov ölkəmizin idman potensialı və dövlət gənclər siyasəti ilə bağlı məlumat verib. Hər iki sahənin dövlətimizin xüsusi diqqəti ilə əhatə olunduğunu deyib.
Səfir Alfredo Nieves Portuondo iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıqdan məmnunluğunu bildirib. Diplomat bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinə dair arzusunu ifadə edib.
Görüşdə əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.