Paytaxtımız daha bir dünya çempionatına ev sahibliyi edəcək

Paytaxtımız daha bir dünya çempionatına ev sahibliyi edəcək

Gələn il paytaxtımız paracüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Noyabrın 7-9-da təşkil olunacaq çempionat MPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək. Dünya çempionatında 40-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.
Yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.
Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.