Triatlon Federasiyasına yeni prezident seçildi

Triatlon Federasiyasına yeni prezident seçildi

Dekabrın 21-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Triatlon Federasiyasının ümumi yığıncağı keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Elçin Əliyev Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib. Yığıncaqda, həmçinin Rüfət Həsənov və Azər Əliyev idarə heyəti sədrinin müavinləri, Əli Bünyadov və Sabirə Cahangirova isə idarə heyətinə üzv seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yığıncaqda çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.
Federasiyanın yeni prezidenti Elçin Əliyev göstərilən etimada görə təşəkkürünü bildirib, ölkəmizdə idmanın bu növünün inkişafı üçün səylə çalışacaqlarını qeyd edib.