Gənclər və idman naziri MMA döyüşçüsü ilə görüşüb

Gənclər və idman naziri MMA döyüşçüsü ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutova və məşqçisi Yusif Əliyevlə görüşüb. İdmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, Yusif Fight Championship turnirində Gözəl Zutova Ermənistan təmsilçisi Nare Narqarosyanı 10 saniyəyə məğlub edib.