Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib

Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib

Dekabrın 27-də Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.
Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Daha sonra yeni seçkilər keçirilib və Şahin Mustafayev yenidən federasiyanın prezidenti seçilib.
Yığıncaqda, həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Tədbirdən sonra federasiya prezidenti Şahin Mustafayev jurnalistlərin suallarını cavablandırıb.

Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib