Cüdo üzrə yığma komandamız Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Böyüklər və gənclərdən ibarət milli komandalarımızın iştirak edəcəyi təlim-məşq toplanışı yanvarın 8-də başlayacaq. Böyüklər və gənclərdən ibarət cüdo üzrə yığma komandalarımız sonuncu hazırlığını Göygöl Olimpiya İdman Kompleksində keçib. İlin sonuncu təlim-məşq toplanışında əsasən, Bakı, Sumqayıt, Gəncə və Qəbələdən yaşı 18-dən 31-dək olan cüdoçular iştirak ediblər.
Qeyd edək ki, Antalya toplanışı yanvarın 15-dək davam edəcək.
Cüdoçularımız yarışlara Türkiyədə hazırlaşacaqlar