Avropa çempionatında 4 idmançımız mübarizə aparacaq

Avropa çempionatında 4 idmançımız mübarizə aparacaq

Yanvarın 10-16-da Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçiriləcək. Qitə birinciliyində ölkəmizi 4 idmançı təmsil edəcək. Şəxsi yarışlarda Yekaterina Ryabova və Vladimir Litvintsev güclərini sınayacaqlar. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti cütlüklərin yarışında mübarizə aparacaqlar. Cütlüyümüz ilk dəfə qitə birinciliyində çıxış edəcək.

Qeyd edək ki, Y.Ryabova və V.Litvintsev ölkəmizi Pekin-2022 Qış Olimpiya Oyunlarında da təmsil edəcəklər.