Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib. İclasda cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib. Belə ki, dünya və Avropa çempionu, böyüklərdən ibarət millimizin keçmiş məşqçisi Elxan Məmmədov yenidən məşqçilik karyerasını yığmada davam etdirəcək. Dünya çempionumuz gənclərdən ibarət millimizə baş məşqçi təyin olunub. Ona bu vəzifədə əsas yığmada məşqçi vəzifəsindən ayrılan Elxan Rəcəbli və Rüstəm Alimli kömək edəcək.
Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov isə böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib. Onunla yanaşı, Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi təyin olunub. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək.
Bundan başqa, yeniyetmələrdən ibarət millinin də məşqçiləri təsdiqlənib. Ramiz Ramizzadə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi vəzifəsində qalıb. Ona bu işdə karyerasını avqust ayında bitirən Nicat Şıxəlizadə və Emin İsgəndərov kömək edəcək.
Qadınlardan ibarət millimizdə baş məşqçi vəzifəsini Rəşad Məmmədov icra edəcək. Onun bu vəzifədə köməkçisi İmamverdi Məmmədov olacaq.
Gənclərdən ibarət qadın komandamızda da yeni məşqçi təyinatları olub. Belə ki, dünya və Avropa mükafatçısı Kifayət Qasımova milli komandaya təyinat alıb. 36 yaşlı idmançı yığmada məşqçi kimi fəaliyyət göstərəcək. O, Vüqar Hüseynovla birgə baş məşqçi Rəşad Məmmədova köməklik edəcək. Yeniyetmələrdə isə Elnur İsmayılovun baş məşqçi Rəşad Məmmədova köməklik edəcəyi təsdiqlənib.
Cüdo üzrə yığma komandalara yeni məşqçilər təyin olundu