Dünyanın bir nömrəli tennisçisini Avstraliyaya niyə  buraxmadılar?

Dünyanın bir nömrəli tennisçisini Avstraliyaya niyə  buraxmadılar?

Avstraliyanın sərhəd xidmətinin əməkdaşları dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçə ölkəyə giriş vizası verməkdən imtina ediblər.
COVİD-19 əleyhinə peyvənd olunmamayan raket ustası Avstraliya qanunlarına əsasən geri qayıtmaq məcburiyyətində qalıb.
Məşhur tennisçi hakim dairələrin güzəştsiz mövqe tutmasını ədalətsiz hesab edir. Onun vəkilləri sərhəd xidmətinin bu qərarından apellyasiya şikayəti verəcək.
Mövcud vəziyyət Cokoviçin vizasında səhv olduğu üçün yaranıb. İş ondadır ki, bu növ viza ilə heç bir əcnəbi peyvənd olunmadan Avstraliya sərhədlərini keçə bilməz. Bu səbəbdən N.Cokoviç 7 saata yaxın polisin nəzarəti altında gözləməli olub.
Qeyd edək ki, Novak Cokoviç Avstraliyaya Açıq Avstraliya çempionatında iştirak etmək üçün gəlib.