Karateçilər respublika çempionatında güclərini sınayacaqlar

Karateçilər respublika çempionatında güclərini sınayacaqlar

Yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunda karate üzrə böyüklər arasında 29-cu respublika çempionatı keçiriləcək. Çempionatın kumite yarışlarında kişilər 60, 67, 75, 84, +84 kq, qadınlar isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Kumite yarışları ilə yanaşı, karateçilər fərdi kata turnirində də iştirak edəcəklər.

Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim olunacaq.