Cüdoçular “Zəfər kuboku” turnirində yarışıblar

Cüdoçular “Zəfər kuboku” turnirində yarışıblar

Göygöl Olimpiya İdman Kompleksində 15 yaşadək cüdoçular arasında “Zəfər kuboku” turniri keçirilib. Azərbaycan Cüdo Federasiyasının, Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı və Göygöl Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən yarışda ölkənin müxtəlif bölgələrindən 14 komandanı təmsil edən 200-dən çox oğlan və qız cüdoçu qüvvəsini sınayıb.

Mövcud pandemiya qaydalarına riayət olunmaqla keçirilən yarışın qalibləri kubok, medal və diplomlarla təltif ediliblər.