Cüdo üzrə yığma komandalarımızın üzvləri beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yanvarın 9-dan 14-dək Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesinə kişi və qadınlardan ibarət cüdoçularımız yollanacaq.
Türkiyə, Fransa, Belçika, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Gürcüstan və digər ölkələrin iştirak edəcəyi təlim- məşq toplanışında 36 cüdoçumuz hazırlıq səviyyələrini artırmağa çalışacaq. Bunlardan 24-ü kişi, 12-si isə qadın cüdoçulardır.
Komandamız Antalyaya sabah yola düşəcək.
Cüdoçularımız Türkiyədə hazırlıq keçəcəklər