Dünya çempionları Tallinə getməyə qorxurlar

Dünya çempionları Tallinə getməyə qorxurlar

Fransalı fiqurçular Qabriela Papadakis və Qiyom Sizeron cütlüyü Tallində təşkil olunacaq Avropa çempionatına yollanmayacaqlar. Bu barədə Fransa Buz İdman Növləri Federasiyası məlumat yayıb. Bildirilib ki, cütlük Olimpiada ərəfəsində koronavirusa yoluxmaqdan ehtiyat edirlər. Qeyd edək ki, Papadakis-Sizeron cütlüyü dördqat dünya çempionu tituluna sahibdirlər. Pxençxan- 2018 Qış Olimpiya Oyunlarının gümüş mükafatçıları ötən il Fransada ilin ən yaxşı idmançıları nominasiyasında birinci olublar.
Qeyd edək ki, Tallindəki Avropa çempionatı yanvarın12-16-da təşkil olunacaq. Təxminən bir aydan sonra isə Pekində Qış Olimpiya Oyunları start götürəcək.