Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi müəyyənləşdi

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi müəyyənləşdi

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Kollegiyanın tərkibi aşağıdakı kimidir:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri
Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri
Gənclər və İdman Nazirliyi Aparatının idman şöbəsinin müdiri
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti”.