Sumqayıtda məşqçi və hakimlərlə görüş keçirilib

Sumqayıtda məşqçi və hakimlərlə görüş keçirilib

Azərbaycan Milli Karate Federasiyası AMKF regionlarla iş planına uyğun olaraq yeni mövsümdə işlərə başlayıb. Sumqayıt şəhərində AMKF prezidenti Yaşar Bəşirov və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elgun Hümbətovun iştrakı ilə Sumqayıtda karatenin daha da inkşafına həsr edilmiş görüş keçirilib. 
Yerli məşqçi və hakimlərin iştirakı ilə keçirilən görüşdə 2021-ci ilin hesabatı nəzərə çatdırılıb, qarşıdakı planlar və mövcud problemlər haqqında məlumat verilib. Sumqayıt Gənclər və İdman Baş İdarəsini rəisi E.Hümbətov Azərbaycan karateçilərinin uğurularında Sumqayıt idmançılarının xüsusi yeri olmasından məmnunluğunu ifadə edib. O, perspektivli idmançılara hər zaman dəstək verməyə hazır olduqlarını bildirib. 
AMKF-nin rəhbəri Yaşar Bəşirov Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti Cənab İlham Əliyevin idmana qayğısı və diqqəti sayəsində böyük nəticələrin əldə olunduğunu qeyd edib. O, dövlət tərəfindən müxtəlif fəxri ad və mükafatlar, eləcə də  həm dövlət, həm də hami təşkilatlar tərəfindən həvəsləndirici pul mükafatlarının verilməsinin idmançı və məşqçilərdə böyük ruh yüksəkliyi yaratmasını və gələcək yarışlarda daha məhsuldar və məsuliyyətli çıxışlarına səbəb olduğunu bildirib. 
Görüşdə həmçinin federasiyanın Sumqayıt şəhər üzrə nümayəndəsi Akif Kərimov Dünya Karate Federasiyasının (WKF) beynəlxalq məşqçi və müəllim sertifikatı ilə təltif olunub. O, 2021-ci ilin hesabatını verərkən vurğulayıb ki, Sumqayıtda ötən il 18 karateçi müxtəlif yaşlarda respubilka çempionatında böyük nəticələr əldə edərək milli kamandaya dəvət olunub. Avqustda Fillandiyada keçirilən Avropa çempionatında yeniyetmələr arasında Nihad Kərimzadə qızıl, Aysu Əliyeva isə bürünc medal qazanıb. Birinci MDB oyunlarında digər sumqayıtlı karateçi Osman Osmanlı gümüş medala sahib olub. 
Natiqlər çıxışlarında Sumqayıt karate məktəbinin Seymur Hüseynov, Yusif Cəfərov, Rəfael Ağayev, Eldar Quluev, Müşviq Mahmudov, Nərgiz Mehdiyeva, Eldar Əhmədov (para-karate), Murad Hacızadə kimi dünya karatesində öz yeri olan idmançılar yetişdirməsi xatırladıb. Görüşün sonunda A.Kərimov Dünya Karate Federasiyasının (WKF) beynəlxalq məşqçi sertikatı ilə təltif olunub.