Cüdoçularımız Portuqaliya Qran-Prisində yarışacaqlar

Cüdoçularımız Portuqaliya Qran-Prisində yarışacaqlar

Yanvarın 28-dən 30-dək Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək. 3 gün davam edəcək turnirdə 39 ölkədən 286 (115 kişi, 131 qadın) cüdoçu çıxışını təsdiqləyib. Yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız Portuqaliya səfərinə 14 cüdoçu ilə yollanacaq. Kişilərin yarışda komandamız Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Uşangi Kokauri (+100 kq) ilə təmsil olunacaq. Qadınların yarışında isə Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) tatami üzərinə çıxacaq.