Arda Turan tribunalar qarşısında azarkeşlərdən üzr istədi 

Arda Turan tribunalar qarşısında azarkeşlərdən üzr istədi 

Ötən gün Türkiyə Süperliqasında ikinci dövrənin oyunları start götürüb.
İstanbulun “Qalatasaray” klubu Süperliqanın 20-ci turunda dogma meydandan “Giresunspor”la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Doğma klubunun məğlubiyyətindən qəzəblənən “Cimbom” tərəfdarları klub rəhbərliyinə, baş məşqçi Fatih Terimə və oyunçulara sərt reaksiya göstəriblər. 
Azarkeşlərin bu reaksiyasından sonra  Arda Turan soyunub-geyinmə otağından çıxaraq tribunalara yollanıb. 
Azarkeşlərin qarşısına çıxan Arda məğlubiyyətə görə sarı-qırmızılılardan üzr istəyib. 
Qeyd edək ki, “Qalatasaray” Superliqada keçirdiyi son 10 oyunun səkkizində xal itkisi ilə üzləşib. Hazırda 20 turdan sonra aktivində 27 xalı olan “Qalatasaray” lider “Trabzonspor”dan 22 xal geridədir.