Karateçilərin respublika çempionatında yarışırlar 

Karateçilərin respublika çempionatında yarışırlar 

Bu gün böyüklər arasında karate üzrə 29-cu respublika çempionatına start verilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Klubunda keçirilən çempionatın kumite yarışlarında kişilər 60, 67, 75, 84, +84 kq çəki dərəcələrində qüvvələrini sınayırlar. Qadın karateçilər isə 50, 55, 61, 68, +68 kq çəki dərəcələri üzrə yarışlarda mübarizə aparırlar. Turnirdə həmçinin fərdi kata turnirində də yarışlar keçirilir. 
Çempionatın qalibləri Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının kubok, medal və diplomları ilə mükafatlandırılacaqlar.