Bu gün fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürür

Bu gün fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürür

Bu gün Estoniyanın paytaxtı Tallinndə fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək.

Yanvarın 16-dək davam edəcək çempionatda ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Şəxsi yarışlarda Yekaterina Ryabova və Vladimir Litvintsev güclərini sınayacaqlar. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti cütlüklərin yarışında mübarizə aparacaqlar. Cütlüyümüz ilk dəfə qitə çempionatında çıxış edəcək.

Qeyd edək ki, Y.Ryabova və V.Litvintsev ölkəmizi Pekin-2022 Qış Olimpiya Oyunlarında da təmsil edəcəklər.