«Olimpnews.az» saytı hər il olduğu kimi 2021-ci ilin idman yekunları ilə bağlı oxucular arasında keçirilən sorğu əsasında müxtəlif nominasiyalar üzrə qalibləri müəyyənləşdirib. Qalibləri təqdim edirik.
İlin idman xadimi
- İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti)

İlin kişi idmançısı
- Hacı Əliyev (Sərbəst güləş üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı)

İlin qadın idmançısı
- İrina Zaretska (Karate üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı)

İlin yığma komandası
- Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın qadınlardan ibarət yığma komandası.

İlin perspektivli ən gənc idmançısı
- Hüseyn Quluzadə (cüdo, Gəncə)

İlin legioner idmançısı
- İrina Kindzerska (Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı)

İlin idman hadisəsi
- Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin qarşılaşması.

İlin gənclər və idman idarəsi
- Bakı şəhər Gənclər və İdman Baş İdarəsi

İlin futbol komandası
- «Qarabağ» FK

İlin məşqçisi
- Qurban Qurbanov («Qarabağ» klubunun baş məşqçisi)

İlin futbol hakimi
- Əliyar Ağayev (FİFA referisi)

İlin idman federasiyası
- Azərbaycan Gimnastika Federasiyası

İlin İdman qrumu
- «Neftçi İdman Klubu» İctimai Birliyi

- Mobil İsmayılov

İlin idman müəllimi
- Aydın Kazımbəyov (Azərbaycan Texniki Kollecin idman müəllimi)



