Oktyabrın 1-10-da Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakıda görmə məhdudiyyətli şəxslər arasında parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək.
Dünya çempionatında 25-dən çox ölkənin iştirakı gözlənilir. Yarış öncəsi beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifatın və eyni zamanda, hakimlər üçün seminarların da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə görmə məhdudiyyətli idmançıların iştirakı ilə 2 beynəlxalq yarış keçiriləcək. Noyabrın 7-9-da isə Bakıda paracüdo üzrə dünya çempionatı təşkil olunacaq.
Paytaxtımız dünya çempionatına ev sahibliyi edəcək
![Paytaxtımız dünya çempionatına ev sahibliyi edəcək ](https://olimpnews.az/uploads/img/posts/2022/01/12/Milli Paralimpiya Komitesijpg-1642014213.jpg)