“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş Gəncədə keçirildi

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş Gəncədə keçirildi

“Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü Gəncə şəhər 39 nömrəli tam orta məktəbdə keçirilib.
Yanvarın 12-də keçirilən tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq təşkil olunub. 
Layihənin növbəti qonağı Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Respublika dərəcəli hakim, şahmat üzrə Beynəlxalq Usta, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi və hazırada Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov olub.
Məktəblilərlə görüş ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Tədbiri Baş İdarənin sektor müdiri Rəşad Əlizadə açaraq qonaqları salamlayaraq “Çempionumuz” sosial idman layihəsinin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra çıxış üçün söz verilən Gəncə şəhər 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev çıxış edərək, belə tədbirlərin keçirilməsinin təqdirə layiq hal olduğunu qeyd edib və gələcəkdə belə tədbirlərin davamlı olmasını arzulayıb.
Daha sonra Asif Həsənov çıxış edərək, öz idman həyatı və idmana necə gəlməsi barədə şagirdlərə məlumat verib, şagirdlərə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə edib və onları maraqlandıran suallara ətraflı cavab verib. Tədbirin sonunda Asif Həsənovun fəaliyyəti haqqında videoçarx şagirdlərə təqdim olunub.