Bakıda keçirilən 18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi tarixə düşüb.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən veriliən məlumata görə, ilk dəfə Bakı istisna olmaqla, 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar.
Ölkə birinciliyində 570-ə yaxın (479 oğlan, 89 qız) cüdoçu mübarizə aparır.
ACF-nin əsas məqsədlərindən biri yeniyetmələr və gənclər arasında idmanın bu növünə marağın artırılması və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.
Qeyd edək ki, birinciliyə yanvarın 16-da yekun vurulacaq.
Azərbaycan birinciliyində tarixi göstərici