Azərbaycanın güllə atıcısı Ruslan Lunyov ISSF Qran-Pri yarışında qızıl medal qazanıb. Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb.
Xəbəri sosial şəbəkə hesabında paylaşan gənclər və idman naziri Fərid Qayıbov "İlin ilk qızılı" yazıb.
İlin ilk qızıl medalı
![İlin ilk qızıl medalı](https://olimpnews.az/uploads/img/posts/2022/01/16/Ruslanjpg-1642334449.jpg)