Atıcılarımız Fransada uğurla çıxış ediblər

Atıcılarımız Fransada uğurla çıxış ediblər

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan idmançıları uğurlu nəticə əldə ediblər.

Azərbaycan Atıcılıq Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, dairəvi (skeet) stend qarışıq duet komandası kateqoriyasında mübarizə aparan Niyaz Ağazadə və Riqina Meftaxetdinova cütlüyü bürünc medal qazanıb.

Medal qarşılaşmasında təmsilçilərimiz Stefan Nilsson Şoen və Viktoria Larssondan ibarət İsveç duetinə qarşı üstün oyun nümayiş etdirərək inamlı qələbə ilə 3-cü yeri təmin ediblər.

Atıcılarımız Fransada uğurla çıxış ediblər Atıcılarımız Fransada uğurla çıxış ediblər Atıcılarımız Fransada uğurla çıxış ediblər