Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) atıcılıq yarışlarında Azərbaycanı 2 idmançı təmsil edəcək.
Olimpnews.az xəbər verir ki, güllə atıcılığı yarışında Leyli Əliyeva və Oleq Kerjankin festivalda mübarizə aparacaq. Hər iki idmançımız güllə atıcılığının 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma növündə hədəf önünə keçəcək. Onlar həm fərdi, həm də qarışıq komanda yarışlarında iştirak edəcəklər.
Qeyd edək ki, iyulun 21-də start götürəcək EYOF-2025-in güllə atıcılığı yarışları Skopyedəki Partizan idman zalında keçiriləcək.
Skopye-2025-in atıcılıq yarışlarında iki idmançımız mübarizə aparacaq
