Lənkəranda güllə atıcılığı üzrə turnir keçirilib

Lənkəranda güllə atıcılığı üzrə turnir keçirilib

Lənkəranda “Dosaland” əyləncə mərkəzində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin və “Dosa Mall” MMC-nin birgə təşkilatçılığı ilə "26 - İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü" münasibətilə gənclər arasında güllə atıcılığı üzrə Lənkəran - Astara region turniri keçirilib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Vətən naminə canından keçən şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub.
Sonra Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev çıxış edərək yarış iştirakçılarını salamlayıb və uğurlar arzulayıb.
İlk üç yeri tutan oğlan və qızlara diplom, medal və hədiyyələr verilib, IV-X yerlərə sahib çıxanlara isə sertifikat təqdim olunub.
Gənclərin idmana marağının artırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, sağlam həyat tərzinə sövq edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə keçirilən yarışın  açılışında uşaqların da çıxışları böyük maraqla qarşılanıb.